GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəlməsi

Energetika naziri Pərviz Şahbazovun Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt, ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid Foqel və Ağ Evin Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə keçirdiyi görüşlər, bu fonda iki ölkə arasında enerji əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi ilə bağlı məsələlərin müzakirəsi fonunda mövzunun təhlili;

2. Azərbaycan-Pakistan münasibətlərinin strateji müttəfiqlik istiqamətində inkişafı

İki ölkənin xarici işlər nazirlərinin Birləşmiş Ərəb Əmirliklərində görüşü və aparılan müzakirələr fonunda mövzunun təhlil və şərh edilməsi

3. Ermənistanda hakimiyyət-kilsə qarşıdurması fonunda kilsədə parçalanma prosesinin başlanması

Ermənistanda hakimiyyətin II Qareginə qarşı tutduğu mövqeni dəstəkləyən keşişlərin sayının artması, bununla kilsədə parçalanma dərinləşməsi kontekstində mövzuya dair şərh və təhlili yazıların hazırlanması;

4. Xəzər dənizinin dayazlaşması prosesinin kəskinləşməsi, sahilyanı ölkələrə bunun təsiri.

Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışı zamanı Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı səsləndirdiyi fikirlər əsasında mövzuya dair rəy və şərhlərin yazılması;

5. İrəvanda Qarabağ separatçılarının ofisində axtarış aparılması

Qarabağ separatçıların ofisinin hələ də bağlanmamasının iki ölkə arasında sülh və etimad quruculuğuna ciddi mane olması mövzusunda təhlil edilməsi.