2026-CI İLİN “ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ELAN EDİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR PLANI TƏSDİQLƏNİB

“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.