2025-Cİ İLDƏ “QARABAĞ” YATAĞINDA NEFT HASİLATINA BAŞLANILACAQ

2025-ci ildə “Qarabağ” yatağından neft hasilatına başlanılacaq.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) hesabatında qeyd olunub.

“Qarabağ” yatağında 2020-ci ilin mart ayında KPS-4 №-li qiymətləndirici quyuda qazma işləri tamamlanıb. Hazırda nəticələr təhlil edilir. Yataqda dənizin 180 m dərinliyində 12 quyunun qazılması və 20 şaxtalı dərin dəniz özülünün tikintisi nəzərdə tutulur. Hazırda layihənin mühəndisi işləri davam etdirilir.

Platformanın dayaq blokunun tikintisi başa çatdırılıb, daşınma və quraşdırma işlərinə hazırlanıb.