2023-CÜ İL ÜÇÜN EHTİYAC MEYARININ HƏDDİ 246 MANAT MƏBLƏĞİNDƏ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında Qanunu imzalayıb.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilir.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.