2023-2024 tədris ili üzrə təhsilalan və işçi heyətinin sayı açıqlanıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, 2023-2024 tədris ili üzrə 2,1 milyon nəfər təhsilalan, 300 min nəfər işçi heyətidir.
“Onlardan 220 mini məktəbəqədər təhsil, 1,6 milyonu ümumtəhsil, 33 mini peşə təhsili, 60 mini orta ixtisas təhsil, 220 mini ali təhsilə daxildir”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, Elm və təhsil nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.