18 OKTYABR VƏ 28 MAY GÜNLƏRİ İLƏ BAĞLI ƏMƏK MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLİB

28 May – Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü olacaq.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Əmək Məcəlləsində “Respublika Günü” sözləri “Müstəqillik Günü” sözləri ilə əvəz edilib. “Dövlət Müstəqilliyi Günü” sözləri isə “Müstəqilliyin Bərpası Günü” sözləri ilə əvəz edilib.