
17500-dən yuxarı müşahidəçi akkreditasiyadan keçib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
“Biz çalışacağı ki, Beynəlxalq qurumlar oraya hökmən gedib müşahidə etsinlər”,-deyə o bildirib.
Onun sözlərinə görə, bugünə qədər 17500-dən yuxarı müşahidəçi akkreditasiyadan keçib. 6300 ətrafında məntəqə olacaq.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.