Azərbaycanda 14 il əvvəl təyyarə qəzası nəticəsində itkin düşən pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhid statusu verilib.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, 14 ildən sonra şəhidlik statusu sənədləri polkovnik-leytenantın ailəsinə təqdim olunub.
Xatırladaq ki, polkovnik-leytenant F.Əsgərov 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi ilə təlim uçuşu keçirən zaman qəzaya uğrayıb.
Hadisədən bir neçə gün sonra təyyarədə olan digər pilot, kapitan Əfqan Aslanovun meyiti tapılsa da, F.Əsgərovun nəşi bu günə qədər tapılmayıb.