
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq FHN tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardım barədə ümumiləşdirilmiş məlumat yayılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
| Xilasetmə və tibbi personal | 760 nəfər |
| Xilasetmə iti | 8 baş |
| Mobil səhra hospitalı (7 konteynerlə) | 2 ədəd |
| Xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi | 3 ədəd |
| Çadır (müxtəlif ölçülü) | 2630 ədəd |
| Qızdırıcı | 707 ədəd |
| Çarpayı | 540 ədəd |
| Böyük gücə malik generator | 5 ədəd |
| Ədyal | 724 ədəd ədyal, 724 ədəd ədyal üzü |
| Geyim dəsti | 8000 ədəd |
| Corab (cüt) | 20000 ədəd |
| Masa | 650 ədəd |
| Oturacaq | 2000 ədəd |
| İplik dəsmal | 7000 ədəd |
| və digər ləvazimatlar |
Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb.
Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bugünədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.
