1 SAYLI KLİNİKİ TİBBİ MƏRKƏZƏ YENİ DİREKTOR TƏYİN OLUNUB

1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru İlham Qafarov işdən çıxarılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin edilib.

İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktor müavini vəzifəsinə keçirilib.

Könül Ələkbərov Azərbaycan Tibb Universitetinin məzunudur. 2008-ci ildə Prezidentin sərəncamına əsasən, “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.