ƏZİZ ƏLƏKBƏRLİ: QƏRBİ AZƏRBAYCAN İCMASI SƏSİNİ BEYNƏLXALQ MÜSTƏVİYƏ ÇIXARA BİLİB

Tarixi torpaqlarından qovulan zaman hüquqları pozulan Qərbi azərbaycanlıların problemləri ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırırıq. Onların qarşısında konkret istəklərimizi bildiririk.

Bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

O deyib ki, İcma səsini beynəlxalq müstəviyə çıxara bilib: Xüsusilə, bu yaxınlarda mayın 4-5-də İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilatın üzvü olan 57 dövlət Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıtmaq hüquqlarını tanıyıb. Biz belə münasibəti beynəlxalq təşkilatlardan, xüsusilə, BMT-nin qurumlarından da gözləyirik”.