ƏTRAFINDA 200 METR RADİUSDA MİTİNQLƏRİN KEÇİRİLMƏSİ QADAĞAN EDİLƏN BİNALARIN SİYAHISI DƏYİŞİB

“Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nda dəyişiklik edilib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin inzibati binası, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibati binası ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən binaların siyahısına daxil edilib.