
Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normalarının nəzərə alınacaq.
Bununla bağlı Prezident İlham Əliyev “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.