ƏN QISA ZAMANDA QÜVVƏLƏR TÜRKİYƏYƏ YOLA DÜŞƏCƏK – FHN

Azərbaycadan Türkiyəyə yanğınsöndürmə qüvvələri göndəriləcək.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir.

Ən qısa zamanda qüvvələr qardaş Türkiyə Respublikasına yola düşəcək.