ƏMƏKDAR ARTİST YAQUB ZURUFÇU VƏFAT EDİB

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Bu barədə “Yeni Klinika”dan məlumat verilib. Sənətçinin yaxın saatlarda vəfat etdiyi bildirilib.

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. Müğənni 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb.

Allah rəhmət eləsin!