ƏMƏKDAR ARTİST AYGÜN BƏYLƏR VƏFAT EDİB

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) vəfat edib.

Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

“Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Allah rəhmət eləsin!”, – deyə nazirliyin feysbuk sosial şəbəkəsində paylaşım edilib.