Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.
Təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 20 faiz artaraq 240 manat məbləğində müəyyən olunur.
Bu, minimal pensiya alan vətəndaşlarımızın sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.
Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.