Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Qanunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin birinci cümləsində “2019-cu il 1 oktyabr tarixindən 200” sözləri “2022-ci il yanvarın 1-dən 240” sözləri ilə əvəz edilir.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.