ƏMƏK MÜQAVİLƏLƏRİ ELEKTRON İMZALANACAQ

Əmək müqavilələrinin imzalanması artıq elektronlaşır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov deyib.

O bildirib ki, növbəti ildən prosesə start veriləcək:

“İlkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt qurumlarının işçilərinin əməkdaşları ilə elektron Əmək müqavilələrinin bağlanması test rejimində həyata keçiriləcək. Bunun üçün elektron imza və SİMA-dan istifadə nəzərdə tutulub. Daha sonra Əmək müqavilələrinin elektron sistemdə bağlanması bütün ölkədə tətbiq ediləcək”.