ƏLİYAR AĞAYEV KONFRANS LİQASINA TƏYİNAT ALIB

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasına növbəti dəfə təyinat alıb.

Təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.