ƏLİ ƏSƏDOV TƏYYARƏ QƏZASI İLƏ BAĞLI RUSİYA HÖKUMƏTİNİN SƏDRİNƏ BAŞSAĞLIĞI VERİB

Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.