ƏLİ ƏSƏDOV RUSİYA FÖVQƏLADƏ HALLAR NAZİRİ İLƏ GÖRÜŞÜB

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.