
Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-da Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tədbir çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif və Nigeriya Federativ Respublikasının xarici işlər naziri Yusuf Tuqqar ilə görüşüb.


