ƏLİ ƏSƏDOV ESTONİYA PARLAMENTİNİN SƏDRİ İLƏ GÖRÜŞÜB

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 23-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.