ƏLİ ƏSƏDOV DÜŞƏNBƏDƏ RUSİYA HÖKUMƏTİ SƏDRİNİN MÜAVİNİ İLƏ GÖRÜŞÜB

Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinlə görüşüb.

Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib.Dövlət başçılarının ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin etmək səylərinin əhəmiyyəti vurğulanıb.