ƏLİ ƏSƏDOV BELARUSUN BAŞ NAZİRİ İLƏ GÖRÜŞÜB

Mayın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası ərəfəsində Belarusun Baş naziri Roman Qolovçenkonun iclas iştirakçıları ilə görüşü keçirilib.

G

örüşdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib. Görüş zamanı R.Qolovçenko Azərbaycanın Respublika Günü münasibətilə Baş nazir Əli Əsədova təbriklərini çatdırıb.Gün ərzində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iclas iştirakçılarını qəbul edəcəyi gözlənilir. Daha sonra isə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası keçiriləcək.