İyulun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyətini Tehran şəhərində yeni ünvanda bərpa edən ölkəmizin İran İslam Respublikasındakı Səfirliyini ziyarət edib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.