ƏLCƏZAİRİN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA GƏLİR

Əlcəzair Xalq Demokratik xarici işlər və xaricdəki milli icma naziri, Prezidenti Zati-aliləri cənab Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gəlir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Əlcəzair XİN başçısı səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüşdən sonra tərəflər birgə brifinq keçirəcək.