.Əlcəzairin “Əl Hərir” portalı noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Bəyanatın ərəb dilində mətnini yayıb.
Portal, həmçinin AZƏRTAC-a istinadla Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilən görüş və üç ölkənin liderlərinin mətbuata bəyanatları haqqında xəbər də yayımlayıb.
Materialda diqqətə çatdırılıb ki, 3 saata yaxın davam edən görüşdə sərhədlərin demarkasiyası məsələsində razılıq əldə olunub. Rusiya Prezidenti görüşün konstruktiv keçdiyini vurğulayıb.