ƏLAQƏLƏNDİRMƏ QƏRARGAHININ NƏZDİNDƏKİ İDARƏLƏRARASI MƏRKƏZİN NÜMAYƏNDƏLƏRİNİN AĞDAMA SƏFƏRİ BAŞLAYIB

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb.

Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun Ağdama səfərinin məqsədi, rayonun tarixi mərkəzi hissəsində, Üzərliktəpə, İmarət kompleksi, Qiyaslı, Cümə məscidləri, Şahbulaq qalası, qəbristanlıqlarla tanışlıq və müvafiq qeydiyyat işləri aparmaqdır.