ƏLAHİDDƏ ÜMUMQOŞUN ORDUNUN ÖN XƏTDƏ YERLƏŞƏN HAVA HÜCUMUNDAN MÜDAFİƏ BÖLMƏLƏRİNDƏ TAKTİKİ-XÜSUSİ TƏLİMLƏR KEÇİRİLİR. ÇƏTİN DAĞLIQ ŞƏRAİTDƏ DÖYÜŞ NÖVBƏTÇİLİYİ APARAN ZENİTÇİLƏR BİLİK VƏ BACARIQLARINI PRAKTİKİ ATIŞLARDA NÜMAYİŞ ETDİRİRLƏR. MÜDAFİƏ NAZİRLİYİNDƏN TREND-Ə VERİLƏN MƏLUMATA GÖRƏ, MÜASİR ÜMUMQOŞUN DÖYÜŞÜNÜN ÇEVİK DƏYİŞƏN ŞƏRAİTİ BÜTÜN HEYƏTDƏN ZENİT-ARTİLLERİYA BÖLMƏLƏRİNİN MANEVR QABİLİYYƏTİNİN YÜKSƏK OLMASINI TƏLƏB EDİR. BU MƏQSƏDLƏ BÖLMƏLƏRİN QISA ZAMANDA QURĞULARDAN HAVA HƏDƏFİNƏ ATƏŞ AÇARAQ MƏHV ETMƏSİ VƏ ÇƏTİN DAĞLIQ ŞƏRAİTDƏ YERDƏYİŞMƏSİ MƏŞQ ETDİRİLİR. TƏLİMƏ CƏLB OLUNAN PİLOTSUZ UÇUŞ APARATLARININ AŞKAR OLUNMASI, MÜŞAYİƏT VƏ MƏHV EDİLMƏSİ ÜZRƏ HEYƏTLƏRİN BACARIQLARI PİLOTSUZ UÇUŞ APARATLARININ PRAKTİKİ FƏALİYYƏTİ İLƏ YOXLANILIR. QURĞU HEYƏTLƏRİNİN YERÜSTÜ HƏDƏFLƏRƏ PRAKTİKİ ATIŞLARI İLƏ TƏLİMLƏR DAVAM EDİR.

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir. Çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.Müdafiə Nazirliyindən verilən məlumata görə, müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir.Təlimə cəlb olunan pilotsuz uçuş aparatlarının aşkar olunması, müşayiət və məhv edilməsi üzrə heyətlərin bacarıqları pilotsuz uçuş aparatlarının praktiki fəaliyyəti ilə yoxlanılır.Qurğu heyətlərinin yerüstü hədəflərə praktiki atışları ilə təlimlər davam edir.