“ƏL ƏRƏBİYƏ” TELEKANALI 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ İLƏ BAĞLI REPORTAJ YAYIMLAYIB

“Əl Ərəbiyə” telekanalı ötən il sentyabrın 27-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin başlanması səbəbləri barədə reportaj yayıb.
Reportajda Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin müsahibəsi də verilib. Diplomat qeyd edib ki, müharibənin başlamasının əsas səbəbi ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyi, 30 ilə yaxın davam edən danışıqların nəticəsiz qalması, torpaqları boşaltmaqdan imtina edən Ermənistanın son hərbi təxribatı olub. Buna cavab olaraq, Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirərək ərazilərimizi düşməndən azad edib.
Səfir vurğulayıb ki, müharibə zamanı Ermənistan Yaxın Şərq ölkələrindən gətirdiyi muzdlu əsgərlərdən Azərbaycana qarşı istifadə edib. Eyni zamanda, ölkəmiz Qarabağın erməni icmasına Azərbaycan vətəndaşları kimi ərazimizdə dinc yanaşı yaşamağı da təklif edib.