
Ələt Azad İqtisadi Zonası üçün 1453 hektar torpaq sahəsi alınacaq.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyətində olan 1453,09 hektar torpaq sahəsinin Ələt azad iqtisadi zonasına ayrılmasını nəzərdə tutan yerquruluşu planından ibarətdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti sənəddən irəli gələn məsələlərin həllini təmin etməlidir.
