ƏFV MƏSƏLƏLƏRİ KOMİSSİYASININ TƏRKİBİNDƏ DƏYİŞİKLİK EDİLİB – SƏRƏNCAM

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.