ƏFQANISTANDA TERROR AKTI TÖRƏDİLİB, İKİ JURNALİST HƏLAK OLUB

Bu gün Əfqanıstanın Məzari-Şərif şəhərində “Əfqanıstanın səsi” (AVA) informasiya agentliyinin binasında partlayış törədilib.

Partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib. Nəticədə 2 jurnalist həlak olub, 32 nəfər isə yaralanıb. Hadisə yerinə gələn Əfqanıstanın təhlükəsizlik qüvvələrinin nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.

Hazırda araşdırma aparılır.