Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyinin yaxınlığında partlayış törədilib.
Hadisə nəticəsində azı 25 nəfər həlak olub və ya xəsarət alıb.
Həlak olanlardan iki nəfəri səfirliyin əməkdaşı olub.
Qeyd olunur ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə zamanı ətrafda çoxlu sayda insanların olduğu deyilir.
Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.