ƏFQANISTANDA PARTLAYIŞLARDA 20-YƏ YAXIN ŞƏXS HƏLAK OLUB

Əfqanıstanın paytaxtı Kabildə hərbi hospitalın yaxınlığında törədilmiş partlayışlar nəticəsində azı 20 nəfər həlak olub.

Yaralananların sayı 50 nəfərə çatıb.

Qeyd edək ki, bu hərbi hospitalın girişində kamikadze özünü partlatmış, daha sonra ikinci partlayış səsi eşidilmişdi.

Hücumla bağlı məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Hadisə yerinə xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu bildirilib.