ƏFQANISTANDA HƏLAK OLANLARIN AİLƏLƏRİNƏ VERİLƏN TƏQAÜD 600 MANAT OLACAQ

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, indiyə qədər həmin şəxslərə verilən Prezident təqaüdünün aylıq məbləği 500 manat idi.