
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 455-dən 473 ştat vahidinə qaldırılıb.
