ƏBDÜL FƏTTAH ƏS-SİSİ YENİDƏN MİSİRİN PREZİDENTİ SEÇİLİB

Misirin Milli Seçki Komissiyası prezident seçkilərinin rəsmi nəticələrini təqdim edib. Hazırkı dövlət başçısı Əbdül Fəttah əs-Sisi dekabrın 10-12-də keçirilən seçkilərdə qalib gələrək növbəti altı il müddətinə ölkəyə rəhbərlik edəcək.

Bu barədə Misir Milli Seçki Komissiyasının rəhbəri Hazem Bədəvi seçkilərin nəticələrinə həsr olunan mətbuat konfransında bildirib. Tədbir Əl-Qahirə əl-İhbariyyə telekanalı tərəfindən canlı yayımlanıb.

Plebisitin nəticələrinə görə, Misirdə və ölkədən kənarda keçirilən səsvermədə iştirak edən seçicilərin 89,6 faizi Əbdül Fəttah əs-Sisiyə səs verib.