YAPONİYA İMPERATORU PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Yaponiya İmperatoru Əlahəzrət Naruhitodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə xoşbəxtlik, xalqınıza yüksək rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram”.