XALQ RƏSSAMI TAHİR SALAHOV DƏFN OLUNUB

Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov dəfn olunub.

Ötən həftə dünyasını dəyişən rəssam I Fəxri Xiyabanda dəfn olunub.

Dəfn mərasimində Tahir Salahovun yaxınları, rəsmi şəxslər və ziyalılar iştirak edir.

Xatırladaq ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.