VLADANKA ANDREYEVA: GENDER BƏRABƏRLİYİNƏ NAİL OLMAQ ÜÇÜN SƏYLƏRİMİZİ BİRLƏŞDİRMƏLİYİK

2030-cu il üçün az vaxt qalıb. Cəmi 7 il, bu uzun müddət deyil. Təəssüflər olsun ki, dünya qarşıya qoyulan hədəflərdən çox geridə qalıb. Parlamentdə qadınların təmsilçiliyində geridə qalırıq.

Bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirəsində deyib.

BMT-nin rezident əlaqələndiricisi bildirib: “Üzv dövlətlərdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün işlər bu sürətdə davam edərsə, 300 il sonra uşaq evliliyinə son qoya bilərik. Hazırda 5 qızdan biri 18 yaşda ailə qurur. 286 ildən sonra isə ayrı-seçkiliklə bağlı qanunları aradan qaldırmaq mümkün olacaq. 140 il sonra biz iş yerlərində rəhbər vəzifələrdə bərabərliyə nail olacağıq”.

Uğur hekayələrinin də olduğunu söyləyən Vladanka Andreyeva qeyd edib ki, sözügedən istiqamətdə sürət çox aşağı səviyyədədir. Mövcud istiqamətdəki boşluqlar bəhs edən BMT-nin rezident əlaqələndiricisi vurğulayıb: “Bu, davamlı inkişaf məqsədlərini monitorinq etmək imkanlarımızı məhdudlaşdırır. Ölkələr olaraq gender bərabərliyinə nail olmaq üçün səylərimizi birləşdirməliyik”.