
BMT Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmasını dəstəkləyir.
Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva FAO-nun Azərbaycanda birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.
Onun sözlərinə görə, tərəflər arasında inklüziv artım, dövlət xidmətləri göstərən daha güclü institutların yaradılması, o cümlədən təhlükəsizlik məsələlərinin inkişafına yönəlmiş birgə tərəfdaşlığa dair çərçivə sazişi imzalanıb.
“İnanıram ki, seminarın bugünkü işi məhsuldar olacaq”, – o deyib.
V.Andreyeva həmçinin, dünyada hər 10-cu insanın aclıqdan əziyyət çəkdiyini xatırladıb.
“Dünya ölkələri vəziyyəti müsbət tərəfə dəyişmək üçün birgə fəaliyyət göstərməlidir. 2030-cu ilədək dünya dayanıqlı inkişaf üzrə qoyulan hədəflərə nail olmayacaq”, – BMT koordinatoru əlavə edib.