VİKTOR QASIMOV: COVİD-19 ƏLEYHİNƏ VAKSİNLƏRİN ALINMASI ÜÇÜN IKİTƏRƏFLİ DANIŞIQLARDA QARDAŞ TÜRKİYƏ ILƏ DAHA YAXIN ƏMƏKDAŞLIQ EDİRİK

Artıq koronavirusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə də tətbiqinə başlanılıb.

Bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

V.Qasımovun sözlərinə görə, ölkəmizdə də vaksinlərin alınması ilə əlaqədar kifayət qədər hazırlıq işləri görülüb: “Bununla bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparılıb. Ölkəmiz GAVI tərəfindən təsis edilmiş COVAX təsisatına qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, həmin qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub. İkitərəfli danışıqlarda qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik, orada aparılan işlərlə bağlı məlumatlıyıq və işbirliyi yaradılıb”.