Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 10:48-də meydana gələn yeraltı təkanların episentri Malatyanın Doğanşehir rayonudur. Zəlzələ ocağı yerin 13,9 kilometr dərinliyində yerləşib.
AFAD yeraltı təkanların yarada biləcəyi fəsadlarla bağlı vətəndaşlar tərəfindən indiyədək heç bir məlumatın daxil olmadığını bildirib.