TÜRKİYƏ XİN-İ RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCANI TƏBRİK EDİB

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bu barədə nazirliyin “Twitter” səhifəsində yazılıb.

Nazirlik bildirib: “Vətən müharibəsindəki mübarizələri ilə şanlı Azərbaycan bayrağının heç bir şərtlər altında endirilməyəcəyini göstərən azərbaycanlı qardaşlarımızı hörmətlə salamlayırıq!”.