TÜRKİYƏ MEDİASI PREZİDENT İLHAM ƏLİYEVİN BRÜSSEL SƏFƏRİNİ GENİŞ İŞIQLANDIRIB

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə işçi nahar formatında görüşü Türkiyənin aparıcı kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb.

Anadolu Agentliyi, “TGRT Haber”, “TRT Haber”, “Haber Global” telekanalları, “Yeni şafak”, “Akşam” qəzetləri və sair media quruluşları səfərin mahiyyəti barədə türkiyə ictimaiyyətini ətraflı məlumatlandırıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin və Avropa İttifaqının sözügedən görüş barədə açıqlamaları məlumatlarda əksini tapıb. Diqqətə çatdırılır ki, Azərbaycan XİN açıqlamasında bildirib ki, Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin edilməsi istiqamətində atılmış növbəti önəmli addımdır.