TACİKİSTAN QIRĞIZISTANIN SƏRHƏD KƏNDİNİ ATƏŞƏ TUTUB

Tacikistan hərbçiləri Qırğızıstanın Arka kəndində yaşayış evlərini atəşə tutub.

Bu barədə Qırğızıstanın Sərhəd Xidməti bildirib.

Qeyd olunur ki, həmin kəndin əhalisi bir müddət əvvəl təxliyə olunub. Tacikistan tərəfi insidentlə bağlı hər hansı bir açıqlama verməyib.