TƏLİMLƏRƏ CƏLB EDİLƏN QOŞUNLAR TAPŞIRIQLARI İCRA EDİR

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir.

Qəbul edilmiş qərarlara müvafiq olaraq raket və artilleriya bölmələri tapşırıqları icra edir.